Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur

14:46 - 21 / 07 / 2017
Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki qeydə alınmayıb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadırlar. Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.

S.Xankişiyeva

Paylaş:
906

Son xəbərlər

Bütün xəbərlər