Elmar Məmmədyarov Macarıstanın səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səfir İmre Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir İmre Laslotskiyə gələcək fəaliyyətində uğurlar arzu edib.
Babək Cahandarov
867