Bakıda Misirin milli bayramı qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Misirin milli bayramı qeyd edilib

20:23 - 21 / 07 / 2017
Bakıda Misirin milli bayramı qeyd edilib

Bakıda Misirin milli bayramı-İnqilab Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, tədbirdə çıxış edən Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, bu il Misirlə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 25 il ötür. Qardaşlıq, dostluq prinsipləri üzərində qurulan bu əlaqələr iki ölkənin daim qarşılıqlı dəstəyi ilə davam edib. 

Diplomat xüsusi vurğulayıb ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərinin geri qaytarılmasına və bütün torpaqları üzərində suverenliyinin bərpa edilməsinə yönəlmiş haqlı mövqeyi ilə bağlı BMT və İƏT-in qəbul etdiyi bütün qətnamələrin Misir tərəfindən dəstəklənməsi bunun bariz nümunəsidir. 

Suzan Cəmil Nuh bildirib ki, böyük Misir xalqı terrora qarşı mübarizəsində ona dəstək olan bütün dost və sülhsevər ölkələrin fəaliyyətini yüksək qiymətləndirir.

Diplomat Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. Qarşılıqlı səfərlərin və imzalanmış çoxsaylı sənədlərin əhəmiyyətini vurğulayan səfir, əmin olduğunu bildirib ki, ənənəvi dostluq və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da əlaqələrin möhkəmlənməsinə təkan verəcək.

İqtisadiyyat naziri Şahin Mustafayev Misir xalqını və dövlətini Azərbaycan prezidenti və hökuməti adından təbrik edib. Bildirib ki, ötən 25 ildə iki ölkə dostluğa əsaslanan münasibət qurub. Dövlət başçılarının siyasi iradəsi əsasında ölkələrimiz arasında əməkdaşlıq inkişaf edir. Azərbaycan və Misir həm ikitərəfli, həm də  beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir.

Nazir Misir dövlətinə Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkür edib. Vurğulayıb ki, iki ölkə arasında 50-dək sənəd imzalanıb. Ş.Mustafayev iqtisadi-ticari sahədə əlaqələrin inkişafının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan-Misir hökümətlərarası komissiyanın dördüncü iclasında bu məsələlər diqqətdən keçiriləcək.

Pərvanə Sultanova

Paylaş:
990

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər