Bakıda və Göygöldə ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Göygöldə ev yanıb

09:38 - 21 / 07 / 2017
Bakıda və Göygöldə ev yanıb

Bakıda və Göygöldə iki evdə yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 25 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Göygöl rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 65 m2 sahədə və evə bitişik ümumi sahəsi 24 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
908

Son xəbərlər

Bütün xəbərlər