Mübariz Əhmədoğlu: Rusiya Dağlıq Qarabağ üzrə vasitəçiliyini Ermənistan üzrə siyasətinin digər seqmentlərindən tam ayırmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiya Dağlıq Qarabağ üzrə vasitəçiliyini Ermənistan üzrə siyasətinin digər seqmentlərindən tam ayırmalıdır

10:18 - 21 / 07 / 2017
Mübariz Əhmədoğlu: Rusiya Dağlıq Qarabağ üzrə vasitəçiliyini Ermənistan üzrə siyasətinin digər seqmentlərindən tam ayırmalıdır

Bu əlbəttə hökm deyil. Diplomatik və ya eyhamlı cümlələrə alışmış rəsmilər və ekspertlər üçün belə başlıq ikrah hissi yaradan kimi qəbul edilir. Amma eyhamlı yazıların, ütülənmiş fikirlərin çox olduğu dövrdə açıq mətnli tezislər bəlkə də daha faydalıdır.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyi ilə bağlı xəbəri şərh edərkən bildirib:

Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyi öz monopoliyasına keçirməsi şübhə yaratmayan hala çevrilib. Amma Rusiyanın Ermənistan üzrə digər maraqlarında artım da göz qabağındadır. Rusiya məhz indi Ermənistanda ikinci hərbi baza yaratmaq istəyir. KTMT bayrağı altında RF özünün və Ermənistanın sülhməramlılarını Suriyaya göndərmək istəyir. Hələlik hər iki mövzuya Ermənistan tərəfi “yox” deyib. Amma Ermənistanın “yox” deməsi o qədər təsirli deyil.

Ermənistan və onların Rusiyadakı havadarlarının bu mövzuda sövdələşməyə gedəcəkləri ən çox ehtimallıdır. Sövdələşmənin o biri başında isə hökmən Dağlıq Qarabağ tənzimlənməsi mövzusu dayanacaq. Rusiya adından bütün bu işləri RF XİN görəcəksə, Dağlıq Qarabağ mövzusunda Rusiyanın Ermənistana güzəştə gedəcəyi şəksizdir. Ermənilərlə rusların qarşılıqlı tarixi buna bənzər misallarla zəngindir. İş burasındadır ki, əksərən qazanan tərəf ermənilər, uduzan tərəf isə ruslar olub.

SSRİ dövründə erməni mövzusu geosiyasi oyuna çevrilmişdi. Guya xaricdəki erməni diasporu vasitəsilə ABŞ-ın siyasətinə təsir edəcəklər. Hətta bu məqsədlə SSRİ mərkəzi hökuməti Ermənistanda “erməni soyqırım” abidəsinin tikilməsinə göstəriş verdi. Dini və milli məsələni inkar edən Sov. İKP-nın Ermənistanda dini və milli mövzulu abidəyə icazə verməsi paradoksal olsa, da faktdır. Sonda SSRİ-nin dağılmasında erməni məsələsinin geosiyasiləşməsi aparıcı parametrlərdən birinə çevrildi. Prezident S.Sərkisyan “Moskovski Novosti” qəzetinə verdiyi müsahibədə ermənilərin SSRİ-nin dağılmasında meydançalardan biri olduğunu etiraf etdi.

Prezident S.Sərkisyan SSRİ dövrünü Ermənistan üçün cəhənnəm adlandırdı.

Prezident S.Sərkisyanın göstərişi ilə çərkəz soyqırımının Ermənistan tərəfindən tanınması Rusiyaya qarşı şantaj elementinə çevrildi. Ermənilər adından çərkəz soyqırımının tanınması müqaviləsini imzalayan Los-Anceles geosiyasi klubunun rəhbəri prezident S.Sərkisyanın döyüş yoldaşı olub və  indi də əlaqələri var.

Ermənistan Rusiya hərbi bazasının çıxarılmasını Aİ və NATO rəhbərliyi ilə dəfələrlə müzakirə ediblər.

Prezident S. Sərkisyanın Aİ üzv dövlətlərinin rəhbərləri ilə ən çox müzakirə etdiyi məsələlərdən biri Şimali Qafqaz mövzusu olub.

Rusiyanın strateji müttəfiqi Ermənistan hal-hazırda NATO-nun Rumıniyadakı təlimlərində iştirak edir, yaxın günlərdə Gürcüstan ərazisində keçiriləcək 2 hərbi təlimində də iştirak edəcək.

Bu sadalananlar və ermənilərin rus xalqına qarşı hədsiz çox xəyanətləri RF-in elitası tərəfindən lazımınca dəyərləndirilmir. Çünki ortada sövdələşmə var. Bu sövdələşmənin bir qisminin korporativ olması mümkündür.

SSRİ-nin dağılması və sovet ordusunun Ermənistandan qovulması Dağlıq Qarabağ erməni separatçılığından başladı. İndi Dağlıq Qarabağ problemini həll etmədən Rusiyanın Ermənistana bel bağlaması Rusiyanın həqiqi maraqlarına daban-dabana ziddir. Yalnız Dağlıq Qarabağ problemi həll edildikdən sonra Rusiya Ermənistanı özünün müttəfiqinə çevirə bilər və bu zaman Dağlıq Qarabağ məsələsi hökmən beynəlxalq hüquq normaları əsasında başqa sözlə, Azərbaycanın ərazi bütövlüyünü qorumaq şərti ilə həllini tapmalıdır. Belə həlldən sonra Ermənistan Rusiyanın həqiqi tərəfdaşı olacaqdır.

Qalan variantlarda Ermənistan SSRİ-ni dağıdan Qarabağ kartını Rusiyaya qarşı işə salmağa cəhdlər edəcəkdir. Qərbdə S.Sərkisyanın bu şantajını maliyyələşdirənlər həmişə olacaqdır. Ona görə Rusiya hökmən Dağlıq Qarabağ məsələsi istiqamətində iki iş görməlidir:

Rusiya Dağlıq Qarabağ tənzimlənməsində addımlarını sürətləndirməlidir. RF təkcə Yaxın Şərqdə deyil MDB, o cümlədən Cənubi Qafqaz regionunda da ərazi bütövlüyü prinsipinin qızğın müdafiəçisi olmalıdır. Əks təqdirdə Rusiya SSRİ-nin son dövrləri hadisələrini yenidən yaşamalı olacaqdır.

Azərbaycan Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusla iştirakının tərəfdarıdır. RF prezidenti V.Putinin bütün təşəbbüsləri Azərbaycan Prezidenti tərəfindən dəstəklənib. Amma bu fikirləri S.Sərkisyan haqqında demək mümkün deyil. Rusiya elitası isə S.Sərkisyana və digər xəyanətkar ermənilərə qarşı sövdələşməyə xeyli çox səxavətlə meyllidir.

V.Nuland-V. Surkov tandemi Qərbin RF XİN-nin deyil, həm də Kremlin özünün MDB məkanındakı münaqişələrlə məşğul olmasını legitim qəbul etdiyini göstərdi. Digər rəsmilərin iştirakı ilə belə format Dağlıq Qarabağ tənzimlənməsində də yaradıla bilər.

S.Xankişiyeva

Paylaş:
597

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər