Rasim Musabəyov: "Rusiya Azərbaycanın yeganə fövqəldövlət qonşusudur" | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: "Rusiya Azərbaycanın yeganə fövqəldövlət qonşusudur"

17:57 - 22 / 07 / 2017
Rasim Musabəyov: "Rusiya Azərbaycanın yeganə fövqəldövlət qonşusudur"

Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü əhəmiyyətli bir görüşüdür. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın yeganə fövqəldövlət qonşusudur, bizim Rusiya ilə çoxşaxəli, strateji əhəmiyyətli əməkdaşlığımız var, bu görüş və müzakirələrin aparılması vacibdir”.

Bu barədə  1news.az-a millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşünü şərh edərkən deyib.

O bildirib ki, görüşün faydalarını sonrakı konkret qərarlada və proseslərdə müşahidə etmək mümkün olacaq: “Ancaq hər bir halda bu görüş əhəmiyyətlidir”.

Politoloq danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılmasının geniş müzakirə olunmasına da diqqət çəkib:

“Hazırda ABŞ-ın başı digər məsələlərə qarışıb, Fransa prezidenti yenidir, demək olar ki, proseslərlə tanış olmayıb. Yəni erməniləri ağıla gətirmək, real müsbət bir dəyişikliklər üçün Rusiya təsir edə bilər. Nə dərəcədə bunun baş verəcəyini isə qeyd etdiyim kimi sonrakı hadislərdə müşahidə edı biləcəyik. Ancaq tərəflər mütləq şəkildə görüşüb, danışmalıdırlar. Çünki söz sahibi Vladimir Putindir.

Təəssüflər olsun ki, onun ətrafında xeyli sayda ermənipərəst qüvvələr var ki, prosesə mənfi təsirlər göstərirlər. Yüksək səviyyədə görüşmək lazım idi ki, Putin məsələləri müzakirə edib, qərar verdiyi halda, tərəzinin bir gözündə Azərbaycanla əməkdaşlığda Rusiyanın qazanclarını, o biri gözündə isə ermənilərin yersiz iddiaları və ermənipərəst qüvvələrin fəallığını görsün”.

Politoloq hesab edir ki, münasibətləri korlamaq istəyən həmin qüvvələr Qarabağ münaqişənin uzanması ilə bağlı bunu bacarıblar:

“Onlar Azərbaycan Ruisya münasibətlərini öz istədikləri şəkildə korlamağı bacarmasalar belə, münaqişənin nizamlanmasında Rusiyanın səylərinin qarşısını alırlar. Gələcəkdə proseslərin necə olacağını isə zaman göstərəcək”.

Pərvanə Sultanova

 

Paylaş:
1016

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər