Əli Həsənov: 5-6 il “stajı” olanlar özlərini 12-15 il “stajı” olan jurnalist kimi təqdim ediblər – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: 5-6 il “stajı” olanlar özlərini 12-15 il “stajı” olan jurnalist kimi təqdim ediblər – VİDEO

13:55 - 24 / 07 / 2017
Əli Həsənov: 5-6 il “stajı” olanlar özlərini 12-15 il “stajı” olan jurnalist kimi təqdim ediblər – VİDEO

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasında yayımlanan “Gündəm” proqramının qonağı olub.

1news.az-ın məlumatına görə, Ə.Həsənov proqramda son günlərin ən aktual məsələlərinə münasibət bildirib, gündəmlə bağlı suallara ətraflı cavab verib.

Azərbaycan mediasının Avrasiya regionunda ən qabaqcıl yerlərdə dayandığını deyən PA rəsmisi bu gün Azərbaycan mətbuatının Azərbaycanın haq səsini, problemlərini dünya ictimaiyyətinə çatdırmaq gücündə olduğunu söyləyib:

“Postsovet məkanı və bizi əhatə edən bütün Avrasiya regionunda Azərbaycan media sahəsində ən qabaqcıl nümunələri yaradıb. Bizim milli mətbuatımız nəinki Azərbaycanın informasiya ehtiyaclarını təmin edir, o cümlədən Azərbaycanın haq səsini, problemlərini, Azərbaycanın gündəlik qayğılarını, eləcə də cəmiyyətdə baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq gücündədir”.

Ə.Həsənov dövlət tərəfindən ehtiyacı olan jurnalistlərin mənzillə təmin olunması məsələsinə də toxunub:

“Dövlətin jurnalistlərə ev tikməsi, əvəzsiz ev verməsi təcrübəsi dünyanın heç bir ölkəsində yoxdur. Bu mənzillər cənab prezidentin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hədiyyəni də heç vaxt müzakirə etməzlər. Hədiyyə böyük, ya kiçik, yaxud da verilən adamın ehtiyacını tam, ya da qismən ödəyə bilər.

Seçim prosesi çox çətin idi. 255 ev üçün 2400-dən artıq jurnalist tərəfindən təqdimat və müraciət daxil olmuşdu. Həmin müraciətlərin hər biri komissiya tərəfindən araşdırıldı. Qısa vaxt ərzində bu qədər müraciəti araşdırıb ən optimal qərarı qəbul etmək çox çətindir. Bununla belə komissiya üzvləri mənzillərin bölgüsü ilə bağlı tam obyektiv şəkildə qərar çıxartdılar”.

Ə.Həsənov bəzi jurnalistlərin dövləti və komissiya üzvlərini aldatmağa cəhd göstərdiklərini də söyləyib:

“Bəziləri təcili şəkildə bir il içərisində adlarında olan evləri, mülkləri başqalarının adlarına keçirmişdilər. Bundan başqa bəzi jurnalistlər, o cümlədən redaksiyalar təqdim etdikləri jurnalistlərin “stajlarını” saxtalaşdırmağa çalışmışdılar. Müəyyən etdik ki, 5-6 il “stajı” olanlar özlərini 12-15 il “stajı” olan jurnalist kimi təqdim edib. Bundan başqa peşəsini gizlətməyə çalışanlar da üzə çıxdı. Misal üçün, texniki işçini, katibəni jurnalist kimi təqdim edənlər oldu”.

Ə.Həsənovun geniş müsahibəsini təqdim edirik:

Babək Cahandarov

Paylaş:
556

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər