“Beynəlxalq Ordu Oyunları-2017”də iştirak edəcək hərbçilərimiz Moskvaya yola düşüblər | 1news.az | Xəbərlər
Siyasət

“Beynəlxalq Ordu Oyunları-2017”də iştirak edəcək hərbçilərimiz Moskvaya yola düşüblər

20:50 - 24 / 07 / 2017
“Beynəlxalq Ordu Oyunları-2017”də iştirak edəcək hərbçilərimiz Moskvaya yola düşüblər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin bir hissəsi “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Tank biatlonu” və “Səhra mətbəxi” müsabiqələrində iştirak etmək üçün Moskvaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hərbçilərimizdən ibarət digər qrup isə “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün yaxın günlərdə Qazaxıstana səfər edəcək.

1news.az

Paylaş:
855

Son xəbərlər

Bütün xəbərlər