Prezident İlham Əliyev Ukraynaya səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Ukraynaya səfər edəcək

12:41 - 24 / 07 / 2017
 Prezident İlham Əliyev Ukraynaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edəcək.

1news.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Qordon” nəşrinə müsahibəsində deyib.

O xatırladıb ki, Prezident Petro Poroşenko ötən il Bakıda səfərdə olub. Hazırda isə Azərbaycanın dövlət başçısının Kiyevə cavab səfəri hazırlanır. Diplomatın sözlərinə görə, səfər 2017-ci ilin ikinci yarısına planlaşdırılır.

"Hazırda biz iqtisadi sahədə əlaqələrimizi fəal inkişaf etdiririk. Kiyevdə Azərbaycan Ticarət Evinin açlması razılaşdırılıb. Ukrayna rəhbərliyi də belə ticarət evinin Azərbaycanda açılması imkanlarına baxılmasını xahiş edib. Bu ona görə vacibdir ki, bir sıra Ukrayna malları Orta Asiya, yaxud İrana getmir. Azərbaycan bu prosesdə vasitəçi ola bilər".

A.Xudiyev vurğulayıb ki, payızda keçiiləcək hökumətlərarası komissiyanın iclasında bütün bu məsələlər müzakirə olunacaq.

Pərvanə Sultanova

 

Paylaş:
904

Son xəbərlər

Bütün xəbərlər