Azərbaycan və Gürcüstan sərhədin delimitasiyası üzrə növbəti danışıqlara payızda başlayacaq
Azərbaycan və Gürcüstanın dövlət sərhədinin delimitasiya məsələləri ilə bağlı növbəti məsləhətləşmələr payızda Tbilisidə keçiriləcək.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, məsləhətləşmələr zamanı dövlət sərhədinin çəkilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi, razılaşdırılmamış məntəqələr üzrə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə danışıqları bu il bitirmək niyyətindədir.
S.Xankişiyeva
634