Yaqub Mahmudov: Rusiya Cənubi Qafqaz siyasətində erməni faktorundan əl çəkməlidir | 1news.az | Xəbərlər
Siyasət

Yaqub Mahmudov: Rusiya Cənubi Qafqaz siyasətində erməni faktorundan əl çəkməlidir

16:10 - 25 / 07 / 2017
Yaqub Mahmudov: Rusiya Cənubi Qafqaz siyasətində erməni faktorundan əl çəkməlidir

Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək siyasətini alqışlayırıq. Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafı Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər.

1news.az-a AMEA-dan verilən xəbərə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib:

“Rusiya ilə bizim tarixi əlaqələrimiz var. Ulu öndər Heydər Əliyev Rusiyada mədəniyyətin, elmin, səhiyyənin, müxtəlif sosial-iqtisadi sahələrin inkişafında çox mühüm rol oynayıb. Bu, tarixin silinməz səhifələridir. Azərbaycan və rus xalqları arasında geniş tarixi əlaqələr bu gün daha sürətlə inkişaf edir.  Rusiyada çox güclü potensialımız var. Rusiyanın bütün şəhərlərində, o cümlədən Moskvada Azərbaycanın görkəmli alimləri, tanınmış ziyalıları, mütəxəssisləri, həkimləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər.

Rusiya Cənubi Qafqaz siyasətini nizama salmaq üçün ənənəvi ermənipərəst yollardan və erməni faktorundan imtina etməlidir. Cənubi Qafqazda Azərbaycanın mənafelərini nəzərə almadan və bizim ölkəmizlə hesablaşmadan uğurlu siyasət yeritmək mümkün deyil.  Xalqımızın qədim mədəniyyəti, bügünkü güclü potensialı, ordusu, iqtisadi gücü buna zəmin yaradır. Arzu edirik ki, Rusiya sözü ilə əməli bir olan Prezident İlham Əliyevin siyasətini dəstəkləsin və Azərbaycanın ərazi məsələlərində təcavüzkar Ermənistanı müdafiə etməkdən əl çəksin”.

S.Xankişiyeva

Paylaş:
770

Son xəbərlər

Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50
Bütün xəbərlər