ETSN Badamdar qəsəbəsindəki parkda ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN Badamdar qəsəbəsindəki parkda ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb

19:06 - 25 / 07 / 2017
ETSN Badamdar qəsəbəsindəki parkda ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb

İyulun 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacların kəsilərək yerində kafe tikilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı həmin ünvanda qeyri-yaşayış obyektinin ətrafının dəmir lövhələrlə hasarlandığı, söküntü işlərinin aparıldığı, hasar daxilində bioloji inkişafda olan yaşköküstə müxtəlifcinsli 30 ağac və 68 həmişəyaşıl kol bitkilərinin olduğu müəyyən edilib, kəsinti faktı aşkar olunmayıb.

Araşdırma zamanı, həmçinin məlum olub ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 14.07.2017-ci il tarixli 98 saylı sərəncamı ilə şəhid ailəsi Həqiqət Babayevaya məxsus mövcud qeyri-yaşayış obyektinin yenidənqurma və tikintisinə icazə verilib.

İş icraçısı Əli Mehdizadəyə ərazidəki ağac və kolların qeydiyyata alınaraq qorunub mühafizə edilməsi tapşırılıb. Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq akt tərtib edilib. Sahibkar H.Babayevaya isə icra üçün “məcburi göstəriş” verilib.

1news.az

Paylaş:
709

Son xəbərlər

Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33İlham Əliyev: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açırBu gün, 12:31Sahibə Qafarova yenidən parlamentin sədri olduBu gün, 12:23Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 12:14Dəniz kənarının yeni incisi: PAŞA Real Estate yeni “Crescent Residences” layihəsini təqdim edibBu gün, 12:06“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilibBu gün, 12:02Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11
Bütün xəbərlər