“Eurasia Review”: İndoneziya Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı vəhşiliyini pisləyir | 1news.az | Xəbərlər
Siyasət

“Eurasia Review”: İndoneziya Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı vəhşiliyini pisləyir

14:55 - 26 / 07 / 2017
“Eurasia Review”: İndoneziya Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı vəhşiliyini pisləyir

“Eurasia Review” jurnalının internet səhifəsində “İndoneziya Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı vəhşiliyini pisləyir” sərlövhəli məqalə yerləşdirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalədə İndoneziyanın bir neçə fəalının və vətəndaş cəmiyyəti qruplarının Ermənistan qoşunlarının bu yaxınlarda azərbaycanlı mülki şəxslərə qarşı vəhşiliyini pislədikləri bildirilir.

Qeyd edilir ki, iyulun 4-də erməni silahlı qüvvələrinin Azərbaycanın Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyeva qətlə yetirilib.

“Biz Ermənistan qoşunları tərəfindən Azərbaycanın iki silahsız mülki şəxsinin qətlə yetirilməsini pisləyirik. Kimliyindən asılı olmayaraq, qatillər cəzalandırılmalıdırlar”, - deyə İndoneziyanın Milli İnsan Hüquqları Komissiyasının sədri Nur Xolis vurğulayıb.

2015-ci ildə ölkəmizdə Dağlıq Qarabağdan olan yüzlərlə qaçqınla görüşən Nur Xolis bildirib ki, Azərbaycanda Ermənistan hərbçilərinə qarşı cinayət işi açılmalıdır. Hətta Ermənistan da təhqiqat aparmalı və həmin hərbçiləri cəzalandırmalıdır.

Məqalədə vurğulanır ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətini pisləyib və Dağlıq Qarabağdan qoşunların dərhal çıxarılmasını tələb ediblər.

“Ermənistan öz qoşunlarının iyulun 4-də Alxanlı kəndini atəşə tutduğunu etiraf edib. Azərbaycan bu məsələni beynəlxalq məhkəməyə çıxarmalıdır”, - deyə N.Xolis bildirib.

İndoneziyanın Milli Gənclər Şurasının rəhbəri, İƏT-in gənclər təşkilatının İndoneziya tərəfdən lideri Tan Taufiq Lubis vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistandan Azərbaycanda mülki şəxsləri qətlə yetirməyi dayandırmağı tələb etməlidir.

“Biz Ermənistan qoşunlarının qeyri-sivil hərəkətlərini qətiyyətlə pisləyirik. Bu, qadına və uşağa qarşı törədilmiş vəhşilikdir. Bu, həmçinin insan hüquqlarının ciddi şəkildə pozulmasıdır və beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”, - deyə T.Taufiq bəyan edib.

İndoneziyalı tələbə Sandra Utari həlak olanların ailələrinə başsağlığı verib və Ermənistana qarşı ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq deyib: “Ağır artilleriyadan istifadə etməklə qadınları və uşaqları qətlə yetirmək cinayətdir. BMT Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməlidir”.

Məqalədə qeyd olunur ki, digər İndoneziya fəalı Çourin Nisa Fujiati də Ermənistanın hərəkətlərini pisləyib və mülki şəxslərin qətlə yetirilməsini dayandırmağı tələb edib: “Biz Ermənistan qoşunlarının Azərbaycanda mülki şəxslərə qarşı törətdikləri terror aktlarını ciddi surətdə pisləyirik. Biz İndoneziya hökumətindən, beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT-dən Ermənistanın terror aktlarına qarşı ciddi mövqe nümayiş etdirmələrini xahiş edir, qatillərin məhkəmə qarşısına çıxarılmasının vacibliyini bildiririk. Azərbaycan xalqı, xüsusən də Dağlıq Qarabağ əhalisi uzun müddətdir ki, əziyyət çəkir. 1990-cı illərdə baş verən müharibə zamanı onların bir çoxu yaxınlarını itirib, torpaqları işğal olunub”.

Cənubi Qafqazda neftlə zəngin olan Azərbaycanın artıq 20 ildən çoxdur Dağlıq Qarabağı və digər ətraf rayonlarını Ermənistan işğalından sülh yolu ilə azad etməyə çalışdığını diqqətə çatdıran nəşr yazır ki, hələ də nəticə yoxdur, əvəzində atəşkəs tez-tez pozulur.

Vurğulanır ki, İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzvü olan İndoneziya həm BMT, həm də İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ciddi surətdə dəstəkləyir. İndoneziya Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə, danışıqlar vasitəsilə həll etməyə çağırır.

Məqalədə son illər İndoneziya ilə Azərbaycan arasında bir çox sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyi də qeyd olunur.

S.Xankişiyeva

Paylaş:
693

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər