Ağac kəsən şəxs cəzalandırıldı

16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib.
1news.az-ın məlumatına görə, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub.
Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə N.Novruzbəyova inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.
1news.az
598