Azərbaycanla İsrail arasında müdafiə sənayesi üzrə əməkdaşlıq müzakirə olunub
İyulun 31-də Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan İsrailin Müdafiə Nazirliyinin müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.
Görüşdə Azərbaycan ilə İsrail arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Dan Stav da görüşdə iştirak edib.
Babək Cahandarov
637