Snayperlərimiz Qazaxıstanda keçiriləcək yarışlarda iştirak edəcəklər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Snayperlərimiz Qazaxıstanda keçiriləcək yarışlarda iştirak edəcəklər – FOTO

15:57 - 31 / 07 / 2017
Snayperlərimiz Qazaxıstanda keçiriləcək yarışlarda iştirak edəcəklər – FOTO

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

1news.az-ın məlumatına görə, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, yarışlarda 17 ölkənin komandası iştirak edir.

Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək  davam edəcək.

Babək Cahandarov

Paylaş:
799

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər