İlham Əliyev Hindistanın yeni prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Hindistanın yeni prezidentini təbrik edib

17:55 - 31 / 07 / 2017
İlham Əliyev Hindistanın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev Hindistan prezidenti Ram Nat Kovində təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

S.Xankişiyeva

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər