Bakıda Mərakeşin milli bayramı qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Mərakeşin milli bayramı qeyd edilib

20:43 - 31 / 07 / 2017
Bakıda Mərakeşin milli bayramı qeyd edilib

Bakıda Mərakeş Krallığının milli bayramı-Taxt-Tac Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, qəbulda hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx ötən müddət ərzində ölkəsinin keçdiyi inkişaf yoluna, beynəlxalq aləmdəki mövqeyinə toxunub. Mərakeş iqtisadiyyatının əsas sektorları barədə söz açıb. 

Səfir bildirib ki, Azərbaycan və Mərakeş əlaqələri ən yüksək səviyyədədir. Diplomat ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafına yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm töhfə verdiyini söyləyib. O deyib ki, həm Azərbaycan, həm də Mərakeş öz regionlarında dözümlülük və multikulturalizm mərkəzləridir. Bu ilin sonunda iki ölkə arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclası keçiriləcək. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini, Azərbaycanın da öz növbəsində Qərbi Saxarada mübahisəli ərazi məsələsində Mərakeşi dəstəklədiyini deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan dövləti  və xalqı adından Mərakeş dövlətini və xalqını təbrik edib. İki dövlət arasında dostluq və əməkdaşlığa əsaslanan münasibətlərin olduğunu vurğulayan komitə sədri turizm, kənd təsərrufatı, energetika daxil olmaqla, müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndiyini vurğulayıb. O, Mərakeşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdiyini söyləyib. Ticarət dövriyyəsinin təkcə 2015-ci ildə əvvəlki illərlə müqayisədə 50 dəfə artdığını deyən M.Qurbanlı əlavə edib ki, hər iki ölkə İƏT və digər beynəlxalq təşkilatlar da daxil olmaqla beynəlxalq müstəvidə qarşılıqlı münasibətləri inkişaf etdirir. 

Pərvanə Sultanova

 

Paylaş:
734

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər