DİN Lənkəranda yeni doğulan körpənin ölümü ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda yeni doğulan uşağın ölməsi faktı ilə bağlı məlumat yayıb.
1news.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 30-da saat 6:03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib.
Həmin gün saat 6:31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olduğunu bildirib.
Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Babək Cahandarov