Araz Əzimov: "Azərbaycan Əfqanıstana dəstəyini davam etdirəcək"
Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmmdə Taqi Xalil Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb.
1news.az səfirliyə istinadla xəbər veir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
A.Əzimov bu yaxınlarda Əfqanıstana etdiyi səfərdən və keçirdiyi görüşlərdən məmnunluq ifadə edib. O, Azərbaycanın Əfqanıstana dəstəyini davam etdirəcəyini vurğulayıb.
Qeyd edilib ki, səfər zamanı əfqan rəsmiləri ilə İstanbul prosesinə dair müzakirələr diqqətdə olub ki, bu da iki ölkə arasında siyasi əməkdaşlığın gücləndirilməsində növbəti addımdır.
Həmçinin, görüşdə bu ilin dekabr ayında Bakıda keçiriləcək “Asiyanın Qəlbi-İstanbul Prosesi" çərçivəsində XİN rəhbərlərinin konfransının təşkilinə dair məsələlər də müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan bu il İstanbul prosesinə həmsədrlik edir.
Pərvanə Sultanova