Mənzildən oğurluq edən iki yeniyetmə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mənzildən oğurluq edən iki yeniyetmə tutulub

14:37 - 02 / 08 / 2017
Mənzildən oğurluq edən iki yeniyetmə tutulub

Polis əməkdaşları Bakıdakı mənzillərin birindən oğurluq edən şəxsləri saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də rayon ərazisindəki mənzillərdən birindən pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə oradakı seyfdən 3000 ABŞ dolları, 15000 ABŞ dolları dəyərində qızıl əşyalar və 15 ədəd qızıl diş olan protezi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Babək Cahandarov

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər