“Dəniz kuboku - 2017” müsabiqəsində dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriləcək
Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıblar.
1news.az-ın məlumatına görə, müsabiqənin bu epizodunda Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi birinci, Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi üçüncü və İran HDQ-nin “Cövşən” raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.
Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajları hava hədəf və nişanlarının, eləcə də üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.
Babək Cahandarov
644