Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının uşaq evlərinin sakinləri Moskvaya səfər edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının uşaq evlərinin sakinləri Moskvaya səfər edib - FOTO

12:37 - 03 / 08 / 2017
Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının uşaq evlərinin sakinləri Moskvaya səfər edib - FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının 1, 2 və 3 saylı uşaq evlərinin bir qrup sakinləri üçün Moskvada yay istirahəti proqramı təşkil olunub.

1news.az-a Fonddan verilən xəbərə görə, iyulun 26-dan avqustun 3-dək davam edən səfər müddətində Rusiyanın «Bizim ev» Ailə tərbiyəsinə kömək Mərkəzinin qonağı olan 8-13 yaşlı bakılı uşaq və yeniyetmələr Moskvanın müxtəlif görməli yerlərini ziyarət edib, bir-birindən fərqli istirahət və əyləncə proqramında iştirak ediblər.

Məktəblilər Moskva zooparkına səfər edərək Avropanın qədim heyvanxanalarından biri ilə tanış olublar.  Bakıdakı uşaq evinin sakinləri, həmçinin «Poklonnaya qora»nı ziyarət ediblər. Qonaqlara parkın tarixi barədə geniş məlumat verilib.

«Moskva City» kompleksində mühahidə meydançasında olan məktəblilər buradan paytaxtın gözəl mənzərəsini seyr ediblər.

Qızıl meydan və «Aleksandr bağı»na səfər uşaq evlərinin sakinlərində gözəl təəssüratlarla yadda qalıb. Azyaşlı qonaqlar çayda gəzintiyə də çıxıblar. Rusiyanın əsas okeanariumu-«Moskvarium»da dəniz heyanlarının şousu isə onlarda böyük marağa səbəb olub.

Tarixi və müasir turizm yerləri barədə maraqlı və ətraflı məlumatlarla müşayiət olunan hər bir gəzinti uşaqlarda gözəl anlar yaşadıb.

«Bizim ev» mərkəzinin təşkil etdiyi piknikdə rus mətbəxinin təamlarını dadan uşaqlar həm də «Azərbaycan mətbəxi gecəsi»ndə plov, dolma, qutab və milli mətbəximizin digər ləziz nümunələrini hazırlayıblar.

Maraqlı mədəni və əyləncə proqramından məmnunluqlarını ifadə edən uşaqlar səfərin təşkilinə görə Heydər Əliyev Fonduna və gözəl qonaqpərvərlik göstərən «Bizim ev» mərkəzinə təşəkkür ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın Azərbaycandakı uşaq evlərinin sakinlərinin təlim-tərbiyəsində, ailə sevgisi ilə əhatə olunmasında rolu xüsusi qeyd edilib. Uşaq evlərinin Fond tərəfindən daim dəstək və qayğı ilə əhatə olunduğu, valideyn himayəsindən məhrum şəxslərin təhsili, onların asudə vaxtlarının təşkilinə xüsusi əhəmiyyət verildiyi bildirilib.

Heydər Əliyev Fondu tərəfindən bu dəfə Moskvada təşkil olunan proqram isə gözəl istirahət, uşaqların dünyagörüşünün artırılması və yeni dostlar qazanmağa imkan yaradıb.

S.Xankişiyeva

Paylaş:
588

Son xəbərlər

ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilibBu gün, 14:54
Bütün xəbərlər