Bazar gününün havası | 1news.az | Xəbərlər
Cəmiyyət

Bazar gününün havası

13:43 - 05 / 08 / 2017
Bazar gününün havası

İstirahət gününün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a  verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 23-26° isti, gündüz 34-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, yağmursuz olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

 1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər