V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb

16:19 - 05 / 08 / 2017
V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb

Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-də başlayıb.

1news.az xəbər verir ki, həmin abituriyentlər elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiqləməlidirlər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Beşinci ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 10-dək davam edəcək.

1news.az

 

Paylaş:
805

Son xəbərlər

Bütün xəbərlər