Araz Ağalarovun şəriki güllələnib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Araz Ağalarovun şəriki güllələnib - FOTO

18:48 - 05 / 08 / 2017
Araz Ağalarovun şəriki güllələnib - FOTO

Moskvada “Crocus City Oceanarium”un baş direktoru və təsisçisi güllələnib.

1news.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə dünən səhər baş verib.

Rusiya İstintaq Komitəsi məlumatı təsdiqləyib, qətlin bəzi təfərrüatlarını açıqlayıb.

Məlumata görə öldürülən şəxs 52 yaşlı biznesmen Andrey Çernovdur. Qətl avqustun 4-də səhər saatlarında Suvorov parkında törədilib. Naməlum killer biznesmenə 6 dəfə atəş açıb. Çernov hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən isə TASS-a bildiriblər ki, Çernovu səhər qaçışı zamanı güllələyiblər. Mənbə biznesmenə 6 dəfə yox, 7 dəfə atəş açıldığını bidirib:

“Çernovun yaxınlarının və qohumlarının bildirdiyinə görə, onun mövcud biznesi ilə bağlı heç bir problemi yox idi və ya rəqibləri ilə münaqişəsi olmamışdı”.

 

1news.az

Paylaş:
882

Son xəbərlər

Bütün xəbərlər