“Sahil” stansiyası bağlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sahil” stansiyası bağlanır

19:32 - 05 / 08 / 2017
“Sahil” stansiyası bağlanır

Bakı metropoliteninin “Sahil” stansiyası bu ayın sonunda təmirə bağlanacaq.

1news.az xəbər verir ki, məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti rəisi Nəsimi Paşayev Baku.ws-ə təsdiqləyib.

O, təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib.

Qeyd edək ki, sosial şəbəkədə stansiyanın 1 il müddətinə bağlanacağı barədə məlumatlar yayılıb.

1news.az

 

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər