FHN Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb

12:54 - 06 / 08 / 2017
FHN Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb

Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt Təcili Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yanğından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

1news.az

 

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər