Bakıda gözəllik salonu və bir neçə mağaza yanıb

Bakı şəhəri, Sabunçu rayonunda sabunçu bazarının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan mağazanın yanar konstruksiyaları yanıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb.
Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub.
Babək Cahandarov
559