Məktəblərdə təmayül siniflərin təşkili qaydaları açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə təmayül siniflərin təşkili qaydaları açıqlanıb

21:17 - 07 / 08 / 2017
Məktəblərdə təmayül siniflərin təşkili qaydaları açıqlanıb

Təhsil naziri Mikayıl Cabbarovtam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017-2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

1news.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, əmrə əsasən, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə 2017-2018-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X sinifləri üçün tədris planları, “Tədris planlarına dair qeydlər” və tam orta təhsil səviyyəsində təmayülləşmənin pilot qaydasında tətbiq olunduğu ümumi təhsil müəssisələrinin XI sinifləri üçün tədris planları, “Tədris planlarına dair qeydlər” (16–24 nömrəli əlavələr) təsdiq edilib.

Qaydalara əsasən, təmayül sinifləri şagirdlərin sayı ən azı 20 (iyirmi) nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində 2 (iki) qrupa bölünür: Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili - dövlət dili kimi” və tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”.

Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılır. Şagirdlərin hazırlıq səviyyəsinə görə, zəruri ehtiyac olduğu halda, məktəb Pedaqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə (“texniki” təmayül üzrə “Riyaziyyat”, “Fizika” və “Kimya”, “riyaziyyat-iqtisadiyyat” təmayülü üzrə “Riyaziyyat”, “Coğrafiya” və “Azərbaycan tarixi”, “humanitar” təmayül üzrə “Azərbaycan dili”, “Xarici dil”, “Azərbaycan tarixi” və “Ümumi tarix”, “təbiət” təmayülü üzrə “Biologiya”, “Kimya” və “Fizika”) digər bir təmayül fənni hesabına 1 (bir) saat artıq vaxt verilə bilər. Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 (iki) saatdan 1 (bir) saatı bütün şagirdlər cəlb olunmaqla “Nitq mədəniyyəti”, digər 1 (bir) saatı isə “İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Babək Cahandarov

Paylaş:
1138

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər