“Dəniz kuboku - 2017”nin yeni yarış həftəsi başlayıb - FOTO

“Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi başlayıb.
1news.az-a Müsafiə nazirliyindən verilən məlumata görə, “Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri avqustun 7-də müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodu, növbəti gün isə “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu yerinə yetirəcəklər.
Növbəti mərhələdə isə hərbi dənizçilər dəniz hazırlığı üzrə yarışlarda iştirak edəcəklər.
1news.az
524