Saakaşvili Litva vətəndaşlığından imtina etdi | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili Litva vətəndaşlığından imtina etdi

19:34 - 08 / 08 / 2017
Saakaşvili Litva vətəndaşlığından imtina etdi

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Litva vətəndaşlığı üçün müraciət etməyəcəyini bildirib.

1news.az xəbər verir ki, o, bir müddət əvvəl məhrum edildiyi Ukrayna vətəndaşlığını bərpa etmək üçün mübarizə aparacağını bəyan edib.

M.Saakaşvili qeyd edib ki, vətəndaşlıqdan qanunsuz şəkildə məhrum edilib: “Bir çox ukraynalı qəzəblidir. Mən mübarizə aparmasam, onlar özlərini aldanmış hiss edəcək”.

Qeyd edək ki, bir müddət əvvəl litvalı millət vəkili M.Saakaşviliyə Litva vətəndaşlığının verilməsini təklif etmişdi.

1news.az 

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər