Ermənilər mülki əhalini atəşə tutdu, 13 yaşlı uşaq yaralanıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər mülki əhalini atəşə tutdu, 13 yaşlı uşaq yaralanıb - FOTO

09:16 - 08 / 08 / 2017
Ermənilər mülki əhalini atəşə tutdu, 13 yaşlı uşaq yaralanıb - FOTO

Erməni silahlı bölmələri avqustun 7-dən 8-nə keçən gecə Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.

1news.az APA-ya istinadla xəbər verir ki, atılan güllələrdən biri kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlunun ayağının altındakı daş qırıqlarına dəyib. Nəticədə daş qırıqları yeniyetməni zədələyib.

Kənddə olan həkimlər tərəfindən R.Yusifova tibbi yardım göstərilib. Onun qəlpə yaraları da aldığı məlum olandan sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib

Qeyd edək ki, bir neçə gün əvvəl ermənilər Qaralar kəndində mülki şəxsləri atəşə tutaraq onların əkin sahələrində təsərrüfatla məşğul olmalarına maneçilik törədiblər. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurub. 

1news.az

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər