Kürdə batan şəxsin cəsədi tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdə batan şəxsin cəsədi tapılıb

09:45 - 08 / 08 / 2017
Kürdə batan şəxsin cəsədi tapılıb

Avqustun 6-da Kürdə batmış şəxsin cəsədi bu gün səhər saatlarında tapılıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən qəsəbəsindən keçən hissəsində batmış, 1996-cı il təvəllüdlü Babayev Fayaz Haqverdi oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 08:00-da başa çatıb.

1news.az

 

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər