Altı ay qarnındakı qayçı ilə yaşadı
Türkiyənin Qaziantep vilayətində estetik əməliyyat olunan bir qadının qarnında qayçı qalıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Qürbətçi Əməl Bingöl adlı qadın altı ay sonra qarın ağrısı səbəbindən Almaniyadakı xəstəxanalardan birinə müraciət edib. Orada rentgen edilən Q.Ə.Bingölün qarnında qayçı qaldığı bildirilib. Türkiyənin Şanlıurfa vilayətindəki özəl xəstəxanalardan birində baş tutan cərrahi müdaxilə ilə qayçı qadının qarnından çıxarılıb.
Altı ay ərzində qarnında şişlər olduğunu, şiddətli ağrı hiss etdiyini və hərəkət etməkdə çətinlik çəkdiyini bildirən qadın ona dəyən maddi və mənəvi ziyana görə məhkəməyə müraciət edib.
Babək Cahandarov
951