Misirdə qatar qəzası nəticəsində ölənlərin sayı 36-ya çatıb | 1news.az | Xəbərlər
Dünya

Misirdə qatar qəzası nəticəsində ölənlərin sayı 36-ya çatıb

20:41 - 11 / 08 / 2017
Misirdə qatar qəzası nəticəsində ölənlərin sayı 36-ya çatıb

Misirin şimalında iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36-ya çatıb, onlarla insan yaralanıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin səhiyyə ocaqlarından daxil olan məlumatlar həlak olanların sayının artacağı ehtimalını yaradır.

Qəza Qahirədən gələn sərnişin qatarının nasazlığa görə dayanan Port-Səid–İsgəndəriyyə qatarına çırpılması nəticəsində baş verib.

1news.az

Paylaş:
1259

Son xəbərlər

Bütün xəbərlər