15 nəfəri öldürdü, özü isə güllələndi | 1news.az | Xəbərlər
Dünya

15 nəfəri öldürdü, özü isə güllələndi

13:46 - 13 / 08 / 2017
 15 nəfəri öldürdü, özü isə güllələndi

Hindistanın Carkxand ştatında 15 nəfəri tapdayaraq öldürən aqressiv fil güllələnərək öldürülüb.

1news.az-ın  TASS agentliyinə istinadən verdiyi məlumata görə, 20-25 yaşlı erkək fil mart ayından indiyə qədər Carkxand ştatında 11 nəfəri, qonşu Bihar ştatında isə 4 nəfəri öldürüb.

Yerli əhali çoxdan bu filin öldürülməsini tələb etsə də, ətraf mühitin qorunması ilə bağlı qanunvericilik məsələnin tez həllini mümkünsüz edib. Qanuna əsasən vəhşi heyvanların ovu qadağandır, aqressiv heyvanların məhv edilməsi üçün isə xüsusi icazə tələb edilir. Filin insanlara hücumunun dayanmaması hakimiyyəti belə bir qərar qəbul etməyə məcbur edib.

Qeyd edək ki, müxtəlif hesablamalara əsasən Hindistanda 30 min fil var. Ancaq kəndlərin və əkin sahələrinin meşələrə doğru yayılması ilə fillərin qidalandığı areal tədricən azalır və bu böyük heyvanlar bəzən kəndlilərə hücum etməyə başlayır. 

1news.az

 

Paylaş:
773

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər