İranda xlor sızması: 475 nəfər zəhərlənib | 1news.az | Xəbərlər
Dünya

İranda xlor sızması: 475 nəfər zəhərlənib

16:35 - 13 / 08 / 2017
İranda xlor sızması: 475 nəfər zəhərlənib

İranın Dizful şəhərində anbarda xlor sızması baş verib.

1news.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, xlor sızması nəticəsində 475 nəfər zəhərlənib.

Xlor sızması baş verən anbar su təchizatı ilə məşğul olan şirkətə məxsusdur.

Bundan əvvəl Dizful şəhərinin 362 sakininin xlordan zəhərləndiyi, onların əksəriyyətinin ilkin tibbi yardımdan sonra evə buraxıldığı, xəstəxanada 45 nəfərin qaldığı bildirilib. 

1news.az

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər