Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində 49 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində 49 nəfər ölüb

20:29 - 13 / 08 / 2017
Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində 49 nəfər ölüb

Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

1news.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər nazirinin köməkçisi Lakşmi Pun deyib.

Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.

Məlumata əsasən, daşqınlar və torpaq sürüşməsi səbəbindən 5 min insan təxliyə edilib, 34 min ev su altında qalıb, 17 nəfər isə xəsarət alıb.

1news.az

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər