Rusiya İraqa T-90 tankları tədarük edəcək | 1news.az | Xəbərlər
Dünya

Rusiya İraqa T-90 tankları tədarük edəcək

15:28 - 14 / 08 / 2017
Rusiya İraqa T-90 tankları tədarük edəcək

Rusiya tezliklə İraqa T-90 tankları tədarük edəcək.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Bağdaddakı səfiri Maksim Maksimov deyib.

O bildirib ki, yaxın vaxtlarda  imzalanmış müqaviləyə uyğun olaraq T-90 tanklarının tədarükü başlayacaq.

Diplomat əlavə edib ki, hərbi-texniki əməkdaşlığın digər istiqamətlərində də danışıqlar davam edir. 

Qeyd edək ki, daha əvvəl Rusiyanın İraqa 73 ədəd T-90 tankı tədarük edəcəyi ilə bağlı məlumat verilib.

P.Sultanova

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər