Rusiyaya məxsus hərbi hissənin əsgəri Göyçə gölündə boğulub | 1news.az | Xəbərlər
Ermənistan

Rusiyaya məxsus hərbi hissənin əsgəri Göyçə gölündə boğulub

11:58 - 14 / 08 / 2017
Rusiyaya məxsus hərbi hissənin əsgəri Göyçə gölündə boğulub

Avqustun 13-də Ermənistanda Rusiyaya məxsus hərbi hissənin əsgəri Göyçə gölündə boğulub.

1news.az-ın NEWS.am-a istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Nona Qndoyan deyib ki, rus əsgərin cəsədi dünən saat 18:00 radələrində göldən çıxarılıb.

Göldə boğulan əsgər Rusiya Federasiyasının vətəndaşı 20 yaşlı Radmir Filipovdur.

Məlumat görə, rus əsgər dünən 2 əsgər yoldaşı ilə gölə çimməyə gedib və onların yanında suda batıb.

S.Xankişiyeva

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər