Ermənistan meşə yanğınlarının söndürülməsi üçün Rusiyadan kömək istədi | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan meşə yanğınlarının söndürülməsi üçün Rusiyadan kömək istədi

12:21 - 14 / 08 / 2017
Ermənistan meşə yanğınlarının söndürülməsi üçün Rusiyadan kömək istədi

Ermənistan fövqəladə hallar naziri David Tonoyan rusiyalı həmkarı Vladimir Puçkovdan meşə yanğınlarını söndürmək üçün kömək istəyib.

1news.az “aysor.am”a istinadla xəbər verir ki, yanğınlar "Xosrov meşələri" dövlət qoruğunda başlayıb. Erməni nazir yanğının söndürülməsi üçün təyyarənin göndərilməsini qarşı tərəfdən istəyib.

Rusiya müraciəti müsbət cavablandırıb və təyyarənin göndərilməsi üçün hazırlıq aparılır.

Meşə yanğınları avqustun 12-də başlayıb.

P.Sultanova

 

Paylaş:
3498

Son xəbərlər

Bütün xəbərlər