Nazarbayev AİB-nin baş nazirlərini qəbul edib | 1news.az | Xəbərlər
Dünya

Nazarbayev AİB-nin baş nazirlərini qəbul edib

12:35 - 14 / 08 / 2017
Nazarbayev AİB-nin baş nazirlərini qəbul edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinə(AİB) üzv dövlətlərin hökumət rəhbərlərini qəbul edib.

1news.az-ın TASS-a istinadən məlumatına görə, Nazarbayev bu gün Astanada öz işinə başlayacaq Avrasiya hökumətlərarası şurasının iclasının gündəliyində çoxsaylı iqtisadi məsələlərin olduğunu vurğulayıb.

O, hökumət başçılarını "EXPO-2017" sərgisi ilə tanış olmağa dəvət edib. Şurasının iclasının məhsuldar keçəcəyinə əminliyini ifadə edib.

İclasda Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın baş nazirləri iştirak edir.

P.Sultanova

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər