Rusiya təyyarəsi yanğını söndürmək üçün Ermənistanda | 1news.az | Xəbərlər
Ermənistan

Rusiya təyyarəsi yanğını söndürmək üçün Ermənistanda

15:09 - 15 / 08 / 2017
Rusiya təyyarəsi yanğını söndürmək üçün Ermənistanda

Rusiyaya məxsus İL-76 təyyarəsi Ermənistanda meşələrdə baş vermiş yanğını söndürmək üçün ikinci reys həyata keçirib.

1news.az “aysor.am”a istinadla xəbər verir ki, təyyarə Erebuni aerodromunda su götürdükdən sonra yanğın yerinə uçub.

Qeyd edək ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyi Rusiyanın müvafiq qurumuna müraciət edərək yanğının söndürülməsi üçün kömək istəyib. İlk təyyarə kömək üçün dünən Ermənistana uçub.

P.Sultanova

Paylaş:
870

Son xəbərlər

Bütün xəbərlər