Misirdə turistlərin olduğu katerdə qəza | 1news.az | Xəbərlər
Dünya

Misirdə turistlərin olduğu katerdə qəza

16:01 - 15 / 08 / 2017
Misirdə turistlərin olduğu katerdə qəza

Misirin kurort şəhəri Hurqada sahillərində Qırmızı dənizdə kater qəzaya uğrayıb.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, qəzaya uğrayan katerdən 25 xarici turist təxliyə edilib.

Məlumata görə, katerdə problem olub və içinə su dolmağa başlayıb. Həyəcan siqnalı verildikdən sonra yaxınlıqda olan digər turist katerlərinin köməyə gəlməsi insan itkisinin qarşısını alıb.

P.Sultanova

 

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər