Qolf çempionu anasını boğub, sonra isə başını kəsib
2002-ci ildə qolf üzrə Rusiya çempionu olmuş Artem Nesterov anasını öldürməkdə şübhəli bilinərək həbs edilib.
1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki, dindirmə zamanı o, cinayət törətməsini tam etiraf etdi. Moskva şəhər Məhkəməsi idmançı barədə həbs qətimkan tədbiri seçib.
Hadisə avqustun 11-də baş verib. Həmin gün yaşadığı mənzildə 1951-ci il təvəllüdlü qadının meyiti aşkarlanıb. Bir gün sonra isə cinayət-axtarış idarəsinin əməliyyatıları 38 yaşlı idmançını taparaq polis bölməsinə aparıblar.
Qadının öldürülməsi barədə məlumatı isə onun qızı verib. O bildirib ki, qardaşı zəng edərək anasını öldürdüyünü deyib.
Hazırda golf təlimçisi işləyən Nesterov anasını əlləri ilə boğaraq öldürüb, sonra isə mətbəx bıçağı ilə başını kəsib. Hadisənin səbəbi hələlik bəlli deyil.
P.Sultanova