Saakaşvili Ukrayanaya qayıdacağı tarixi açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili Ukrayanaya qayıdacağı tarixi açıqlayıb

22:11 - 16 / 08 / 2017
Saakaşvili Ukrayanaya qayıdacağı tarixi açıqlayıb

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətindədir.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə M.Saakaşvili özünün “Feysbuk” səhifəsində bildirib.

“Bu gün mən elan edirəm ki, sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacam. Xahiş edirəm Ukrayna hökuməti bundan sirk qurmasın”, deyə M.Saakaşvili qeyd edib.

M.Saakaşvili iyulun 26-da prezident P.Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib. Hazırda M.Saakaşvili Avropa İttifaqı ölkələrində səyahət edir.  Polşa, Litva və Macarıstanda olan sabiq qubernator dəfələrlə Ukraynaya dönəcəyini bəyan edib.

1news.az

Paylaş:
749

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər