Birinci xanım gənc qıza xəsarət yetirdi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Birinci xanım gənc qıza xəsarət yetirdi - FOTO

12:49 - 16 / 08 / 2017
Birinci xanım gənc qıza xəsarət yetirdi - FOTO

Zimbabve prezidenti Robert Muqabenin xanımı Qreys Muqabe Yohannesburqdakı oteldə gənc bir qıza alnından xəsarət yetirib. 

1news.az  “haberturk”ə istinadla xəbər verir ki, Cənub Afrikaya oğlunu ziyarət etməyə gələn birinci xanım 20 yaşlı Qabriella Engelsə oteldə hücum edib.

Gənc qız sosial şəbəkədə yazıb ki, Q.Muqabenin mühafizəçiləri hadisəyə heç bir müdaxilə etməyib, yalnız kənardan izləyiblər.

Cənubi Afrikanın  Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin sözçüsü Clayson Monyela isə bildirib ki, məhkəmədə qaldırılacaq iddia zamanı diplomatik toxunulmazlıq nəzərə alınmayacaq. Məhkəmə iddiasında xanım Muqabe hökumətin bir təmsilçisi deyil, sadəcə prezidentin həyat yoldaşı olaraq görüləcək.

Zimbabve mediası isə Qreys Muqabenin artıq ölkəsinə döndüyünü yazıb. O, həyat yoldaşından sonra ölkəsində dövlət başçısı postuna ən güclü namizədlərdən biri olaraq göstərilir.

P.Sultanova

Paylaş:
826

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər