Dünya çempionunu öldürən azərbaycanlı tutulub – FOTO - VİDEO - YENİLƏNİB
Rusiyada pouerliftinq üzrə dünya və Avropa çempionu 32 yaşlı Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov (bəzi məlumatlara görə Anar Əlah Ziranov) saxlanılıb.
1news.az-ın AmurMedia-ya istinadla verdiyi xəbərə görə, A.Allahverənov keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilib, onun barəsində cinayət işi açılıb.
Qeyd edək ki, qətl hadisəsi avqustun 20-də səhər saatlarında Rusiyanın Xabarovks vilayətindəki kafelərdən birində baş vermişdi.
S.Xankişiyeva
20.08.2017 14:01
Avqustun 20-də səhər saatlarında Rusiyanın Xabarovks vilayətindəki kafelərdən birində ölüm hadisəsi qeydə alınıb.
1news.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, hadisə zamanı pouerliftinq üzrə dünya və Avropa çempionu 32 yaşlı Andrey Draçev həlak olub. Videokameralara düşən görüntülərə görə, hadisəni törətməkdə Anar Əlah Ziranov şübhəli bilinir. O, hadisə yerindən qaçıb. Onun barəsində polis tərəfindən axtarış elan olunub.
Hadisə yerinə təcili yardım maşını çağırılsa da, Andreyin həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə o, aldığı kəllə-beyin travmasından dünyasını dəyişib.
Hadisə yerinə polis cəlb edilib, qətllə bağlı cinayət işi açılıb.
İnternet portallarından hadisəni törəməkdə şübhəli bilinən şəxslə bağlı məlumatlar əldə edilib. Belə ki, bu 25 yaşlı Anar Əlah Ziranovdur, əslən azərbaycanlıdır və Şərq əlbəyaxa döyüşləriylə peşəkarlıqla məşğul olub.
Andrey Draçev isə 2011-ci ilin noyabrında pouertliftin üzrə Dünya Çempionatının gümüş medalını qazanıb. 2015-ci ildə Uzaq Şərqdə ən yaxşı mütləq kateqoriyaya sahib olub. 2017-ci ildə Primorskda bodibildinq üzrə Açıq Çempionatda iştirak edərək birinci yeri qazanıb.
S.Xankişiyeva