Ukraynada azərbaycanlı minaya düşərək ölüb
Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Luqansk vilayəti Azərbaycanlıları Konqresindən məlumat verilib.
Məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.
Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.
Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.
Xatırladaq ki, Bryankovsk rayonu separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətindədir.
S.Xankişiyeva
810